İrakli Kobaxidze - Təhsil islahatı ən vacib milli vəzifələrdən biridir, etiraf etməliyik ki, ötən 13 il ərzində ən az iş bu sahədə görülüb
Təhsil islahatı ən vacib milli vəzifələrdən biridir, etiraf etməliyik ki, ötən 13 il ərzində ən az iş bu sahədə görülüb və bu, ali təhsil islahatının həyata keçirilməsinə maksimal şəkildə qayğı göstərmək üçün bizə daha çox məsuliyyət qoyur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə interpelyasiya qaydası ilə dinlənilərkən deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, məsələlər, çağırışlar və həll yolları olduqda, hər bir məsələni dərindən müzakirə etmək vacibdir.
“Zənn edirəm ki, bu islahatı qərargahın rəhbəri kimi yeddi seçkidə qələbəni şəxsən təmin etdiyim eyni uğurla həyata keçirəcəyik. Buna görə düşünürəm ki, ümumi bəyanatlar yerinə gələcəkdə hər bir mövzunu dərindən müzakirə etmək vacibdir. Məsələlər, çağırışlar və həll yolları olduqda, hər bir məsələni dərindən müzakirə etməyimiz vacibdir. Tərəfimizdən gələcəkdə də bunun üçün tam hazır olacağıq və ümid edirəm ki, növbəti interpelyasiyalar, müzakirələr və hesabat dinləmələri məhz belə formatda keçiriləcək. Bir daha təhsil islahatının uğurla həyata keçiriləcəyinə inandığımı bildirirəm.Təşəbbüsümüzü dəstəklədiyinə görə təhsil nazirinə təşəkkür edirəm” – İrakli Kobaxidze bildirib.