İrakli Kobaxidze – Təhsil islahatı bizim üçün ən başlıca prioritetlərdən biridir, bu istiqamətdə qarşıdakı illərdə çox iş görüləcək

18:55, 08.09.2026

“Təhsil islahatı bizim üçün ən başlıca prioritetlərdən biridir və qarşıdakı illərdə bu istiqamətdə çox iş görüləcək”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazir bütün birinci sinif və birinci kurs tələbələrinə uğurlar arzulayıb.

“Avqust ayında qəbulun yekun nəticələri açıqlanıb. İmtahan prosesində iştirak edən 39 689 abituriyentdən 34 150-si ali və peşə təhsili müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu, islahatın elan olunmasından sonra ilk il idi və bunu nəzərə alaraq, abituriyentlərin ikinci mərhələdə qəbul edilməsi ilə bağlı qərar qəbul etdik. Elə tələbələr var idi ki, ya ali məktəblər, ya da peşə təhsili sahəsi üzrə minimum həddi keçsələr də, müvafiq proqramlara qəbul ola bilməmişdilər.

Belə abituriyentlər üçün ikinci mərhələdə qəbul imkanının yaradılması barədə qərar qəbul etdik. Bu, təxminən 3 min tələbəyə əlavə qəbul imkanı verəcək.

Bütün birinci sinif şagirdlərinə, birinci kurs tələbələrinə, bütün tələbə və şagirdlərə uğurlar arzulamaq istəyirəm. Təhsil islahatı bizim üçün ən başlıca prioritetlərdən biridir və qarşıdakı illərdə bu istiqamətdə çox iş görüləcək”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar