İrakli Kobaxidze – Təəssüf və faciədir ki, keçmiş baş nazir konkret olaraq qərəzli bir qəzet bloqçusunun səviyyəsinə enib
“Çox təəssüf doğuran və faciəvi haldır ki, keçmiş baş nazir konkret olaraq qərəzli bir qəzetin bloqçusu səviyyəsinə enib”.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə açıqlamasında bildirib.
İrakli Kobaxidze İrakli Qaribaşvilinin məktubları ilə bağlı onların məzmununu gülünc və faciəvi adlandırıb.
“Bu məktublarla bağlı deyə biləcəyim yeganə şey onların həm gülünc, həm də faciəvi olmasıdır. Məsələnin daha dərinliyinə getmək istəmirəm. Çünki bu şəxs məndən əvvəl baş nazir vəzifəsini tutub və bu, həmin məktublarla bağlı daha ətraflı şərh verməyimə mane olur.
İkincisi, məktubların məzmunu o qədər qeyri-ciddidir ki, bu da mənə ciddi şəkildə hər hansı şərh verməyə imkan vermir.
Belə yalan məlumatları yayan şəxslər bunun arxasında dayanırlar. Bu, heç də gizli deyil və asanlıqla üzə çıxır. Elə qüvvələr var ki, onların onsuz da yaxşı reputasiyası yoxdur.
Çox təəssüf doğurur ki, söhbət konkret bir media vasitəsindən gedir. Çox təəssüf və faciədir ki, keçmiş baş nazir konkret olaraq qərəzli bir qəzetin bloqçusu səviyyəsinə enib”, – deyə Baş nazir bildirib.