İrakli Kobaxidze - Təəssüf ki, konkret insanlar ölkədə mənfi gözləntilərin formalaşdırılmasına bilərəkdən çalışırlar, xoşbəxtlikdən, onların nə proqnozları, nə də planları həyata keçir
İrakli Kobaxidze - Təəssüf ki, konkret insanlar ölkədə mənfi gözləntilərin formalaşdırılmasına bilərəkdən çalışırlar, xoşbəxtlikdən, onların nə proqnozları, nə də planları həyata keçir

 

Yadınızdadırmı, siyasi rəqiblərimiz Gürcüstanda iqtisadi böhran proqnozlaşdırırdılar və ölkənin iqtisadi böhrana doğru getdiyi ilə bağlı cəmiyyətdə belə bir təsəvvür də yaratmağa çalışırdılar – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

“Yanvarın 17-də üç aya dollarla münasibətdə məzənnənin 3.1 civarında olacağını bildirən onların nümayəndələrindən birinin şərhini yada salmaq istəyirəm. Üç ay, bir az da çox vaxt keçib və larinin məzənnəsi 2.75 civarındadır. İki faiz iqtisadi tənəzzülü konkret sabiq siyasətçi və indi isə artıq ekspert proqnozlaşdırmışdı. Artıq deyildiyi kimi, birinci rübdə 9.3% iqtisadi artım var, inflyasiya 6% və çox. Proqnoz belə idi. Vergi daxilolmaları planının yerinə yetirilməyəcəyindən söhbət gedirdi və gördüyünüz kimi, bu plan birinci rübdə 120 milyon laridən çox artıqlaması ilə yerinə yetirilib” – Kobaxidze qeyd edib.

Bununla yanaşı, o bildirib ki, çox təəssüf ki, konkret insanlar ölkədə mənfi gözləntilərin formalaşdırılmasına, nihilizm səpməyə bilərəkədən çalışırlar.

“Bunun konkret siyasi səbəbləri var. Bu, konkret insanların, bizim siyasi rəqiblərimizin yerinə yetirdiyi sifarişdir. Xoşbəxtlikdən, onların nə proqnozları özünü doğruldur, nə də planları həyata keçir. Belə insanların deyil, cəmiyyətimizin gözləntilərini doğrultmaq üçün biz hər şeyi edəcəyik. Cəmiyyətimizin maraqlarına uyğundur ki, iqtisadiyyat mümkün qədər sürətlə inkişaf etsin, əlavə yeni iş yerləri yaradılsın, işçilərin əməkhaqqı artsın, fiskal konsolidasiyanın yüksək səviyyəsi olsun. İqtisadi artımda tərəqqinin davam etməsi üçün bütün bu istiqamətlər üzrə səylərimizi əsirgəməyəcəyik” – İrakli Kobaxidze bildirib.