İrakli Kobaxidze - Təəssüf ki, Gürcüstan–Avropa İttifaqı münasibətlərində irəliləyişimiz yoxdur, Avropa bürokratiyasının gürcü demokratiyasını və xalqın demokratik seçimini tanımaması əsas problemdir
İrakli Kobaxidze - Təəssüf ki, Gürcüstan–Avropa İttifaqı münasibətlərində irəliləyişimiz yoxdur, Avropa bürokratiyasının gürcü demokratiyasını və xalqın demokratik seçimini tanımaması əsas problemdir

 

Təəssüf ki, Gürcüstan–Avropa İttifaqı münasibətlərində irəliləyişimiz yoxdur və Avropa bürokratiyası tərəfindən gürcü xalqına və gürcü xalqı tərəfindən seçilmiş hakimiyyətə münasibətin dəyişməməsi bunun əsas səbəbidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Birinci Kanalının “Aktual Mövzu – Maka Tsintsadze ilə birlikdə” verilişində deyib.

Kobaxidze bildirib ki, bu gün yaranmış vəziyyətin əsas səbəbi budur.

Baş nazirin izahatına əsasən, Avropa bürokratiyasının gürcü demokratiyasını və gürcü xalqının demokratik seçimini tanımaması əsas problemdir.

“Hər şey əsasən 2024-cü ilin seçkiləri ətrafında inkişaf etdi. Avropa İttifaqının səfiri çıxaraq birbaşa öz seçki mövqeyini ifadə etdi, seçiciləri seçki məntəqələrinə getməyə və “Gürcü Arzusu” hakimiyyətinə qarşı müxalifəti dəstəkləməyə birbaşa çağırış etdi. Onlar bu seçkiləri uduzdular. Avropa bürokratiyası radikal müxalifətlə birlikdə seçkiləri uduzdu və bu günə qədər bununla barışa bilmirlər. Real olaraq hamı, əlbəttə, hakimiyyəti tanıyır və o cümlədən Gürcüstan hakimiyyətinin adi qaydada iştirak etdiyi rəsmi tədbirlər bunun sübutudur. Burada məsələ tanımaqdan getmir, bu günə qədər narazılıqlarını ifadə edirlər, bir daha “Gürcü Arzusu” hakimiyyətini və mövcud hakimiyyət şəraitində ölkənin seçdiyi kursu dəstəklədiyi üçün ilk növbədə gürcü xalqına qarşı. Bu, sülh kursudur, praqmatik kursdur. Avropa bürokratiyasının Gürcüstana münasibəti dəyişmədiyi şəraitdə, təbii ki, heç bir irəliləyişimiz yoxdur. Bu münasibətin dəyişəcəyinə ümumi ümidimiz var. Bütün bunlar müxtəlif amillərdən asılı olacaq” – İrakli Kobaxidze bildirib.