İrakli Kobaxidze - Tədris ilinin başlanması münasibətilə sizi təbrik edirəm, keyfiyyətli təhsil ölkənin birliyi, inkişafı və qüdrətinin təməl daşıdır, təhsilin dəstəklənməsi hökumətin ən vacib prioriteti olaraq qalır
Əziz şagirdlər, tələbələr, hörmətli müəllimlər və valideynlər, tədris ilinin başlanması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu il ilk dəfə olaraq məktəb və ya universitetə qədəm basanları xüsusilə təbrik edirəm – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Facebook”da yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, təhsilin fasiləsiz prosesi tənqidi düşüncənin inkişafı, öz potensialını tanıma və ləyaqətli vətəndaş kimi formalaşmaq yoludur.
“Əziz şagirdlər, tələbələr, hörmətli müəllimlər və valideynlər, tədris ilinin başlanması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu il ilk dəfə olaraq məktəb və ya universitetə qədəm basanları xüsusilə təbrik edirəm və həyatın ən məsuliyyətli və eyni zamanda, maraqlı mərhələlərindən biri başladı. Təhsilin fasiləsiz prosesi tənqidi düşüncənin inkişafı, öz potensialını tanıma və ən əsası, ləyaqətli vətəndaş kimi formalaşmaq yoludur. Bu yolda gələcək nəslin əsas yol yoldaşları müəllimlər və professorlardır. Onlara yorulmaz əməyə görə təşəkkürümü bildirirəm. Valideynlərə və ailələrə təşəkkürlər, onların dəstəyi və həmrəyliyi övladları üçün ən böyük gücdür. Müasir dünyanın çağırışları fonunda, məhz keyfiyyətli təhsil ölkənin birliyi, inkişafı və qüdrətinin təməl daşıdır. Bu səbəbdən təhsilin dəstəklənməsi hökumətimizin ən vacib prioriteti olaraq qalır. Sizə maraqlı və uğurlarla dolu yeni tədris ili arzulayıram!” – İrakli Kobaxidze qeyd edir.