İrakli Kobaxidze - Sülhün dəyərini ən yaxşı ölkəmiz anlayır, sülhün möhkəmləndirilməsi üçün hər şeyi edirik, bu isə çox vacibdir, bu, bizdə yaxşı alınır
İrakli Kobaxidze - Sülhün dəyərini ən yaxşı ölkəmiz anlayır, sülhün möhkəmləndirilməsi üçün hər şeyi edirik, bu isə çox vacibdir, bu, bizdə yaxşı alınır

 

Biz ötən 35 il ərzində dörd fərqli müharibədən keçmiş bir ölkəyik, ona görə də sülhün dəyərini ən yaxşı ölkəmiz anlayır. Biz ölkəmizdə sülhün möhkəmləndirilməsi üçün hər şeyi edirik və bu isə çox vacibdir, bu bizdə çox yaxşı alınır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dayanıqlı İnkişaf üzrə Tbilisi Regional Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son illər ərzində edilən böyük təzyiqə baxmayaraq, hakimiyyət Gürcüstanda sülhü qoruyub saxlamağı bacardı və nəinki sülhü qoruyub saxladı, həm də Gürcüstan regionda da sülhün dəstəklənməsini daim bacarır.

“Bu, ölkəmiz üçün çox vacib tədbirdir və şadıq ki, çox yüksək səviyyəli qonaqlara on dördüncü dəfə bu tədbirdə ev sahibliyi edirik. Bu ilki konfransın mövzusu da son dərəcə vacibdir – bu, ölkənin davamlı sosial-iqtisadi inkişafı və ümumilikdə, dünyanın davamlı sosial-iqtisadi inkişafı üçün sülhün roludur. Biz ötən 35 il ərzində dörd fərqli müharibədən keçmiş bir ölkəyik. Ona görə də sülhün dəyərini ən yaxşı ölkəmiz anlayır. Biz ölkəmizdə sülhün möhkəmləndirilməsi üçün hər şeyi edirik və bu isə çox vacibdir – bu bizdə çox yaxşı alınır, ötən bir neçə il ərzində ölkəmizə çox böyük təzyiq olmasına baxmayaraq, Gürcüstanda sülhü qoruyub saxlamağı bacardıq. Nəinki ölkədə sülhü qoruyub saxlayırıq, həm də regionda da ətrafımızda sülhü dəstəkləməyi bacarırıq, bu isə ölkəmizin inkişafı üçün də çox vacibdir. Bizim geniş regionumuzda müxtəlif növ çətinliklər mövcuddur və bu şəraitdə Gürcüstan hər zaman, bütün illər ərzində, sülhün inkişafında və müvafiq olaraq regionda davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində müsbət rol oynayırdı. Bugünkü dünya, məsələ konkret olaraq sülhlə bağlıdırsa çox böyük çağırışlarla doludur – geniş bölgəmizdə davam edən hərbi münaqişə, genişmiqyaslı müharibə, ətrafımızda, təəssüf ki, çoxlu müharibələr var və belə bir vəziyyətdə sülhün vacibliyindən danışmağımız lazımdır” – baş nazir deyib.