İrakli Kobaxidze – Şovidə axtarış işlərinin uğurla həyata keçirilməsi üçün bütün dövlət aparatı səfərbər olunmuşdu, elə məsələlər var ki, onlar üzərindən siyasi spekulasiyalar aparmaq olmaz
Yayılan yalanlar silsiləsi idi, o vaxt siyasi rəqiblərimizin danışdıqları tamamilə cəfəngiyat idi. Sadəcə elə məsələlər var ki, onlar üzərindən siyasi spekulasiyaları genişləndirmək olmaz, lakin rəqiblərimiz belə bir məqamda belə hər şeyi başqa cür təqdim etdilər, bu da çox təəssüf doğurur, çox acınacaqlıdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, axtarış işlərinin uğurla həyata keçirilməsi üçün bütün dövlət aparatı səfərbər olunmuşdu.
“O zaman axtarış işlərinin uğurla həyata keçirilməsi üçün bütün dövlət aparatı səfərbər olunmuşdu, xilasetmə xidməti əvvəldən axıra qədər bu işə cəlb edilmişdi, Daxili İşlər Nazirliyi tam mənada səfərbər olunmuşdu, müxtəlif qurumlar qoşulmuşdu və hər bir dövlət qurumu buna fokuslanmışdı və belə bir vaxtda paralel rejimdə biz müxtəlif növ spekulyasiyalar eşidirdik. Bu, sadəcə acınacaqlıdır və bəzilərinin bundan dərs çıxarmalı olduğu nümunədir” – baş nazir qeyd edib.