İrakli Kobaxidze Şovi faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisinin meri Kaxa Kaladze və infrastruktur naziri Revaz Soxadze ilə birlikdə Şovidə 2023-cü ilin avqustun 3-də baş vermiş faciənin üçüncü ildönümü ilə bağlı həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edib.
Hökumət başçısı faciə qurbanlarının xatirəsini ehtiramla yad edib və həlak olanların ailələrinə bir daha başsağlığı verib.
Hökumət, parlament və yerli hakimiyyətin nümayəndələri ilə birlikdə baş nazir din xadimlərinin faciə qurbanlarının xatirə memorialı önündə həlak olanların ruhuna oxuduqları anım dualarında iştirak edib.
“Bütün ölkəmizi sarsıdan faciədən üç il ötdü. Bizim hər birimiz üçün bu, böyük faciə idi. Gələcəkdə bu kimi faciələrin qarşısını almaq üçün hər şeyi etməliyik. Bu istiqamətdə, xüsusən də buzlaq prosesləri ilə bağlı İsveçrə şirkəti ilə birlikdə işlər aparılıb və ilkin tədqiqatın nəticələri mövcuddur. Dövlət gələcəkdə bu kimi təhlükələrin qarşısını almaq üçün hər şeyi edəcək. Bu, birinci növbədə həlak olanların ailələri üçün, eləcə də ölkəmiz üçün böyük faciə idi və mən bir daha onlara başsağlığı verirəm” – İrakli Kobaxidze bildirib.