İrakli Kobaxidze - son zamanlar inkişaf edən proseslərdə gürcü polisi bir daha peşəkarlığını nümayiş etdirdi, polis Avropa və Amerika polislərindən daha yüksək standartlarda fəaliyyət göstərdi
İrakli Kobaxidze - son zamanlar inkişaf edən proseslərdə gürcü polisi bir daha peşəkarlığını nümayiş etdirdi, polis Avropa və Amerika polislərindən daha yüksək standartlarda fəaliyyət göstərdi

Son vaxtlar ölkədə gedən proseslərdə siz bir daha yüksək peşəkarlıq, vətənpərvərlik nümayiş etdirdiniz, gürcü polisi Avropa və Amerika polisindən yüksək səviyyədə fəaliyyət göstərir, buna görə çox sağ olun. – Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Polis Gününə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib.

Hökumət başçısı polis əməkdaşlarına əvəzsiz əməyinə, peşəkarlığına və vətənpərvərliyinə görə təşəkkür edib, onlara dəstək olacağına söz verib.

“Ən çətin işinizdə ən yaxın insanların dəstəyinin olmasının nə qədər vacib olduğunu bilirəm. Valideynlərinizə, həyat yoldaşlarınıza, övladlarınıza, ailənizin hər bir üzvünə təşəkkür etmək istəyirəm. Sizə əvəzsiz əməyinə, peşəkarlığınıza və vətənpərvərliyinizə görə Gürcüstan Hökuməti və şəxsən öz adımdan bir daha təşəkkür edir və bundan sonra da Sizi dəstəkləməyə söz verirəm. Sizə və ailənizə sülh, firavanlıq və uğurlar arzulayıram. Sizi bugünkü gün münasibətilə bir daha təbrik edirəm”, – deyə baş nazir bildirib.