İrakli Kobaxidze – Sinqapurun Baş naziri Lourens Vonq ilə görüşdə ölkələrimiz arasında inkişaf edən tərəfdaşlıq və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi imkanları müzakirə olunub

12:15, 22.07.2026

İrakli Kobaxidze bildirib ki, Sinqapura ilk səfəri çərçivəsində bu ölkənin Baş naziri Lourens Vonq ilə görüşmək onun üçün böyük şərəf olub.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Hökumət başçısı qeyd edib ki, görüşdə Gürcüstan və Sinqapur arasında inkişaf edən tərəfdaşlıq, eləcə də ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.

Kobaxidzenin sözlərinə görə, danışıqlar zamanı xüsusilə investisiya və innovasiya sahələrində istifadə olunmamış potensiala, həmçinin bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

Oxşar