İrakli Kobaxidze Sinqapurun Baş naziri ilə görüşüb

10:47, 22.07.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurun Baş naziri Lourens Vonq ilə görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, görüş zamanı iki ölkə arasında qarşılıqlı hörmətə və ortaq maraq sahələrində əməkdaşlığa əsaslanan uzunmüddətli səmərəli münasibətlər müzakirə olunub.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqun daha da fəallaşdırılmasının, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda məhsuldar əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüşdə liderlər ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi potensialını da nəzərdən keçiriblər. Bu çərçivədə Gürcüstanda həyata keçirilən iqtisadi və struktur islahatları, iqtisadi artımın müsbət dinamikası və ölkədə mövcud olan əlverişli biznes mühiti diqqət mərkəzində olub.

Həmçinin Gürcüstanın Avropa ilə Asiya arasında əlaqələndirici rolunun əhəmiyyəti vurğulanıb. Tərəflər nəqliyyat və turizm sektorlarında əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.

Məlumata əsasən, İrakli Kobaxidze Sinqapurun Baş naziri Lourens Vonqu Gürcüstana rəsmi səfərə dəvət edib.

Gürcüstanın hökumət başçısı, həmçinin İstana iqamətgahının Fəxri Qonaqlar Kitabına xatirə qeydi yazıb.

Oxşar