İrakli Kobaxidze – Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ilə görüşmək mənim üçün böyük şərəf idi. Biz Gürcüstan və Sinqapur arasında mövcud olan uzunmüddətli dostluğu bir daha təsdiqlədik

13:17, 22.07.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ilə görüşdüyünü bildirib.

Baş nazir bu barədə X sosial şəbəkəsində yazıb.

Kobaxidzenin sözlərinə görə, görüş zamanı iqtisadi və investisiya əlaqələrinin dərinləşdirilməsi, maliyyə sektorunda əməkdaşlığın gücləndirilməsi, turizmin inkişafı və ümumi maraq doğuran sahələrdə tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

“ Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ilə görüşmək mənim üçün böyük şərəf idi. Biz Gürcüstan və Sinqapur arasında mövcud olan uzunmüddətli dostluğu bir daha təsdiqlədik. İqtisadi və investisiya əlaqələrinin dərinləşdirilməsi, maliyyə sektorunda əməkdaşlığın gücləndirilməsi, turizmin inkişafı və ümumi maraq doğuran sahələrdə tərəfdaşlığımızın genişləndirilməsi imkanlarını müzakirə etdik”, – deyə Kobaxidze yazıb.

Oxşar