İrakli Kobaxidze Sinqapur Parlamentinin spikeri ilə görüşüb

12:47, 23.07.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapur Parlamentinin spikeri Si Kian Penqlə görüşüb.

Gürcüstan hökumət administrasiyasının məlumatına görə, Kobaxidze Sinqapur Parlamentinin spikerinə gürcü nümayəndə heyətinin qəbuluna görə təşəkkür edib və iki ölkə arasında müxtəlif sahələrdə uzun illərdir davam edən tərəfdaşlığı vurğulayıb.

Məlumata əsasən, görüş zamanı Gürcüstan və Sinqapurun qanunverici orqanları arasında fəal əməkdaşlıq, eləcə də parlamentlərarası əlaqələrin inkişafında müsbət dinamika qeyd olunub.

“Diqqət siyasi dialoqun daha da fəallaşdırılmasının və sektoral əlaqələrin dərinləşdirilməsinin vacibliyinə yönəldilib. Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyəti vurğulanıb”, – deyə Gürcüstan hökumət administrasiyasının məlumatında bildirilib.

Baş nazir İrakli Kobaxidze Sinqapur Parlamentinin fəxri qonaqlar kitabında xatirə qeydi edib.

Oxşar