İrakli Kobaxidze - Şindisinin qəhrəmanları vətənə sevginin, vətənpərvərliyin ən ali dəyər olduğunu bizə xatırladırlar, onun uğrunda da ən qiymətli şeyi belə qurban verməyə dəyər, bu həyatdır
Biz hər bir gürcü, gələcək nəsil üçün qəhrəmanlıq nümunəsi olan Şindisinin qəhrəmanlarının xatirəsini ehtiramla anırıq, övladlarımız, gələcək nəsil belə qəhrəmanlıqla böyüməlidir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avqust müharibəsi zamanı Şindisidə həlak olmuş qəhrəmanların memorialı yaxınlığında deyib.
Baş nazir bildirib ki, vətənə sevgi, vətənpərvərlik ən ali dəyərdir.
“Bu qəhrəmanlıq vətənə sevginin, vətənpərvərliyin ən ali dəyər olduğunu bizə xatırladır, onun uğrunda da ən qiymətli şeyi belə qurban verməyə dəyər, bu həyatdır və Şindisinin qəhrəmanları bizə məhz bunu nümunə göstəriblər. Onların xatirəsini ehtiramla anmaq bizim borcumuzdur” – Kobaxidze bildirib.