İrakli Kobaxidze Səudiyyə Ərəbistanının İnkişaf Fondunun icraçı direktoru ilə görüşüb
İrakli Kobaxidze Səudiyyə Ərəbistanının İnkişaf Fondunun icraçı direktoru ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Səudiyyə Ərəbistanının İnkişaf Fondunun icraçı direktoru Sultan Abdulrahman Əl Marşad ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Səudiyyə Ərəbistanı ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub. İki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Gürcüstanın iqtisadi inkişafının müsbət dinamikasına və ölkənin enerji, yol, liman infrastrukturu və hava limanları sahələri də daxil olmaqla investisiya potensialına diqqət yetirilib.

Səudiyyə Ərəbistanının İnkişaf Fondunun icraçı direktoru nümayəndə heyətinin üzvləri ilə birlikdə Gürcüstanda işgüzar səfərdədir.

Maliyyə naziri Laşa Xutsişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Hökumət Administrasiyasında keçirilən görüşdə iştirak edirdilər.