İrakli Kobaxidze – Seçkilərin elektron qaydada keçirilməsindən irəli gələrək, müəyyən prosedurların sadələşdirilməsi mümkün idi və qanunvericilik məhz bunu nəzərdə tutur
Seçkilərin elektron qaydada keçirilməsindən irəli gələrək, müəyyən prosedurların sadələşdirilməsi mümkün idi və qanunvericilik məhz bunu nəzərdə tutur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı jurnalistlərə açıqlayıb.
Hökumət başçısının sözlərinə əsasən, heç nəyə məhdudiyyət qoyulmur, müvafiq olaraq, bütün məntəqələrin protokollarından şikayət etmək mümkündür.
“Heç nəyə məhdudiyyət qoyulmur. Bütün məntəqələrin protokollarından şikayət etmək mümkündür. Qalan məsələlər təcrübəyə elektron avadanlıqların daxil edilməsi ilə əlaqədar sadəcə dəqiqləşdirilir. Seçkilərin elektron qaydada keçirilməsindən irəli gələrək, müəyyən prosedurların sadələşdirilməsi mümkün idi və qanunvericilik məhz bunu nəzərdə tutur” – baş nazir bildirib.