İrakli Kobaxidze - Seçkilər başa çatdıqdan sonra çox tezliklə Bidzina İvanişvili və ABŞ səfiri arasında baş tutacaq görüş münasibətlərin yenidən başlamasına kömək edəcək
ABŞ, eləcə də Avropa İttifaqı ilə münasibətləri yenidən başlamaq vacibdir. Bidzina İvanişvili ilə ABŞ səfiri arasında seçkilər başa çatdıqdan sonra mütləq baş tutacaq görüş artıq razılaşdırılıb – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, Bidzina İvanişvili ilə ABŞ səfiri arasında görüş münasibətlərin yenidən başlamasına kömək edəcək.
“ABŞ, eləcə də Avropa İttifaqı ilə münasibətləri yenidən başlamaq bizim üçün prinsipial olaraq vacibdir. Bundan irəli gələrək, biz hamımız şadıq ki, Bidzina İvanişvili ilə ABŞ səfiri arasında seçkilər başa çatdıqdan sonra çox tezliklə mütləq baş tutacaq görüş artıq razılaşdırılıb. Əminəm ki, bu görüş də münasibətlərin yenidən başlamasına kömək edəcək. Biz bunun üçün hər şeyi edirik və edəcəyik, əsas odur ki, cavab addımlarını görək. Əminəm ki, bu görüş münasibətlərin yenidən başlaması nöqteyi-nəzərdən çox məhsuldar olacaq” – baş nazir bildirib.