İrakli Kobaxidze - Səfirlər ilə  seçki mühiti, Şarl Mişelin sənədi və qeydləri mövzusunda müzakirə edildi
İrakli Kobaxidze - Səfirlər ilə seçki mühiti, Şarl Mişelin sənədi və qeydləri mövzusunda müzakirə edildi

Biz səfirlərə seçkiqabağı mühitin baxışını təqdim etdik, nə Şarl Mişel, nə də yazılar mövzusunda söhbət getdi, – deyə “Gürcü Arzusu” nun sədri İrakli Kobaxidze bəyan etdi.

Onun sözlərinə görə, görüş yalnız seçki məsələləri ilə bağlı olub.

“Bu gün Avropa Birliyi və AB üzv ölkələrinin səfirləri ilə görüşdük. Bu, hər seçkidən əvvəl keçirilən görüşdür, burada partiyalar səfirlərə hazırkı seçki prosesi, öz baxışları barədə məlumat vermək imkanı qazanırlar. Səfirlər daha sonra sual vermək imkanına malikdirlər. Bizə əvvəldən dedilər ki, görüşün detalları xaricində heç bir söhbət yoxdur. Ümumiyyətlə, seçkiqabağı proseslə bağlı fikirlərimizi və məlumatlarımızı səfirlərlə bölüşdük və üç-dördə yaxın bir neçə sual verdik. Məsələ seçki mühitinə aid idi. Qeydlərin mövzusuna gəlincə, bu barədə heç bir söhbət yox idi. Şarl Mişelin sənədi və ya bir neçə televiziya kanalları tərəfindən atılan səs yazıları haqqında heç bir söhbət olmadı” dedi Kobaxidze.