İrakli Kobaxidze – Sayca az olan bir xalq olaraq, diasporamıza xüsusi diqqət ayırmamaq kimi bir haqqımız yoxdur, gənclərə diqqət göstəriləcək, onların vətənlə sıx əlaqəsinin qorunmasına önəm veriləcək
Bizim sayca az olan bir xalq olaraq, diasporamıza xüsusi diqqət ayırmamaq haqqımız yoxdur – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Diaspora Gününə həsr olunmuş forumda çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, xüsusi diqqət gənclərə və onların vətənlə sıx əlaqəsinin qorunmasına yönəldiləcək.
“Bizim sayca az olan bir xalq olaraq, diasporamıza xüsusi diqqət ayırmamaq haqqımız yoxdur. Dövlətin səyləri gələcəkdə də diaspor nümayəndələrinin milli və mədəni kimliyinin qorunmasına, eləcə də təhsil məsələlərinə həsr olunmuş proqramların həyata keçirilməsinə yönələcək. Xüsusi diqqət həmçinin gənclərə veriləcək, onların vətənlə sıx əlaqəsinin qorunması təmin ediləcək, xaricdə təhsil alan tələbələrə dəstək göstəriləcək, çünki onlar ölkəmizin uğurlu gələcəyini formalaşdırmalıdırlar,” – deyə baş nazir bildirib.