İrakli Kobaxidze Şarl Mişellə görüşüb
İrakli Kobaxidze Şarl Mişellə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin beşinci sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Görüş zamanı Gürcüstan-Avropa İttifaqı münasibətlərinə toxunulub.

Baş nazir, Gürcüstan hökumətinin ölkənin Avropaya inteqrasiyasına sadiq olduğunu və bu prosesdə tərəfdaşların dəstəyinin və ədalətli yanaşmaların xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Həmçinin, Gürcüstandakı cari hadisələrə toxunulub. Hökumət başçısı bir daha Gürcüstan hökumətinin açıq və səmimi müzakirəyə hazır olduğunu təsdiqləyib.