İrakli Kobaxidze - Sanksiyalara qarşı çıxan Avropa İttifaqına üzv ölkələrin siyahısının geniş olması haqda düşünməliyik, bu da bizim üçün olduqca mühümdür
İrakli Kobaxidze - Sanksiyalara qarşı çıxan Avropa İttifaqına üzv ölkələrin siyahısının geniş olması haqda düşünməliyik, bu da bizim üçün olduqca mühümdür

 
Beş ölkə haqda konkret məlumatımız var, hərçənd sanksiyalara qarşı çıxan Avropa İttifaqına üzv ölkələrin siyahısının daha da geniş olması haqda düşünməliyik, bu da bizim üçün olduqca mühümdür – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Hökumət başçısı bildirib ki, Gürcüstan hakimiyyəti üçün 5 ölkə açıq şəkildə məlum olub, lakin şuradan sonra başqa ölkələrin nümayəndələri, xarici işlər nazirləri brifinqlərdə və ya müsahibələr zamanı sanksiyalar əleyhinə bəyanatlar verirdilər.

“Müvafiq olaraq, beş ölkə haqda konkret məlumatımız var, hərçənd sanksiyalara qarşı çıxan Avropa İttifaqına üzv ölkələrin siyahısının daha da geniş olması haqda düşünməliyik, bu da bizim üçün olduqca mühümdür. Biz gürcü xalqını dəstəkləyən bütün ölkələrlə məsləhətləşmələri davam etdirəcəyik” – İrakli Kobaxidze bildirib.