İrakli Kobaxidze – Samtsxe-Cavaxeti bölgəsi üzrə dövlət nümayəndəsi Zaal Qelaşvilinin vəfatı ilə bağlı dərin kədərimi bildirirəm, onun vəfatı bizim üçün ağır itkidir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Samtsxe-Cavaxeti bölgəsi üzrə dövlət nümayəndəsi Zaal Qelaşvilinin vəfatı ilə bağlı dərin kədərini bildirir.
Hökumətin başçısı Zaal Qelaşvilinin ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verir.
“Samtsxe-Cavaxeti bölgəsi üzrə dövlət nümayəndəsi Zaal Qelaşvilinin vəfatı ilə bağlı dərin kədərimi bildirirəm. Onun vəfatı bizim üçün ağır itkidir. Zaal Qelaşvilinin ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verir, bu ağır dəqiqələrdə onlara dəstəyimi ifadə edirəm” – baş nazir qeyd edir.