İrakli Kobaxidze - Salome Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da başa çatır, onu radikal müxalifətin liderinə çevirmək cəhdi tamamilə iflasa uğrayacaq
İrakli Kobaxidze - Salome Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da başa çatır, onu radikal müxalifətin liderinə çevirmək cəhdi tamamilə iflasa uğrayacaq

 

Salome Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da başa çatır, onu radikal müxalifətin liderinə çevirmək cəhdi tamamilə iflasa uğrayacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze macar siyasi “YouTube” kanalına müsahibəsində bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, Salome Zurabişvili dövlət maraqlarına zidd hərəkət etmək imkanına malik deyil.

“Salome Zurabişvili hazırda Fransa vətəndaşı deyil, lakin əvvəllər Fransa vətəndaşı idi və o, eləcə də 2004-cü ilə qədər Fransanın Gürcüstandakı səfiri idi. Sonra o, Gürcüstanın xarici işlər naziri təyin edildi. Tarixçəsi belədir. O, Fransada mühacir ailəsində anadan olub. Bəziləri onu radikal müxalifətin lideri kimi təqdim etmək istəyirlər. Lakin, hamıya xatırlatmaq istəyirəm ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Əlbətdə, onu radikal müxalifətin liderinə çevirmək kimi bu cür cəhd tamamilə iflasa uğrayacaq. Beləliklə, o, dövlət maraqlarına zidd hərəkət etmək imkanına malik deyil” – İrakli Kobaxidze bildirib.