İrakli Kobaxidze - Salome Zurabişvili isterikadadır, Xarici İşlər Nazirliyinə getdim və buna görə o, mənə üç paylaşım həsr etdi, onun dörd cümə günü qalıb və emosiyalarını cilovlaya bilmir
Dörd müxalifət partiyasının hamısı isterikadadır, zorakı qruplaşmaların nümayəndələri isterikadadırlar, Salome Zurabişvili isterikadadır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
Hökumət başçısı bildirib ki, onların çağırışları və dırnaqarası bullinq isteriyanın təzahürüdür, çünki hamı gördü ki, Gürcüstanda heç bir “natsmaidan” təşkil oluna bilməz.
“Bu dörd il ərzində artıq dördüncü dəfə cəhd edirlər. Üçündə uğursuzluğa düçar oldular, onların bunu dördüncü cəhddən etməyə heç bir şansları yoxdur. Bu bir növ isterikadır. Dörd müxalifət partiyasının hamısı isterikadadır, zorakı qruplaşmaların nümayəndələri isterikadadırlar, Salome Zurabişvili isterikadadır. Bu qadın bu gün gülməli idi. Xarici İşlər Nazirliyinə getdim və buna görə o, mənə üç paylaşım həsr etdi. Bu, onun ağır emosional vəziyyətindən xəbər verir. Onun dörd cümə günü qalıb və emosiyalarını cilovlaya bilmir. Bütün bunlar isterikanın ifadəsidir, lakin dırnaqarası bullinq, liberal faşizmə gəlincə, təbii ki, biz hər bir vətəndaşımızı, xüsusən də dövlət qulluqçularını qoruyacağıq” – İrakli Kobaxidze bildirib.