İrakli Kobaxidze - Sadə məqsədimiz var, 64 munisipalitetin hamısında mer və sakrebulo seçkilərində qalib gəlmək, heç nə bunun qarşısını ala bilməz
Sadə məqsədimiz var, 64 munisipalitetin hamısında mer və sakrebulo seçkilərində qalib gəlmək, heç nə bunun qarşısını ala bilməz – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acaranın İctimai Yayımçısının “Azad mühit” verilişində deyib.
Hökumət başçısı bildirib ki, istənilən konfiqurasiya ilə “Gürcü Arzusu” həm mer, həm də sakrebulo seçkilərində qalib gələcək.
“Biz əvvəlki seçkilərdə olduğundan daha yüksək faiz gözləyirik. O vaxt ölkədə 54,5% aldıq və düşünürəm ki, indiki vəziyyətdə ən azı 2% daha çox səs ala bilərik. Lakin, seçki kampaniyası başlayacaq və nəticəni artırmaq daha da mümkündür. Bu konfiqurasiyadan da asılı olacaq, lakin bu konfiqurasiya nəticələrə heç bir əsaslı dəyişiklik gətirməyəcək. Sadə məqsədimiz var, 64 munisipalitetin hamısında mer və sakrebulo seçkilərində qalib gəlmək. Heç nə bunun qarşısını ala bilməz. 64 munisipalitetin hamısında, istənilən konfiqurasiya ilə həm mer, həm də sakrebulo seçkilərində qalib gələcəyik. Ümumi reytinq də bunu deməyə imkan verir” – baş nazir bildirib.