İrakli Kobaxidze – Saakaşvili “Milli Hərəkat” üçün ölkə, dövlət və vətəndir

14:51, 01.02.2022

“Milli Hərəkat”ın üzvləri parlamentin zalında bu patoloji adam Saakaşvilinin bayrağını açıblar. Bu, hər şeyi deyir, onlar üçün ölkə, dövlət, vətən bu xəstə adamdır, – “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, “Milli Hərəkat”ın parlamentə daxil olmasından heç bir yaxşılıq gözlənilmir.

“Təəssüf ki, bu, ölkəyə, demokratik sistemə xeyir verə bilməyən siyasi qüvvədir və gözləntilər də yerindədir. Parlamentin işində onlardan heç bir konstruktiv töhfə gözləmirik, bu, onların keçmişi, bu günü və gələcəyi ilə bağlı acı bir reallıqdır. Bu gün Gürcüstanın dövlət himninin fonunda parlamentin zalında Saakaşvilinin, bu patoloji adamın pankartını açıblar ki, bu hər şeyi deyir, onlar üçün ölkə, dövlət, vətən bu xəstə adamdır. Biz belə siyasi qüvvədən, belə insanlardan xeyirxahlıq gözləməməliyik”, – Kobaxidze bildirib.

Oxşar