İrakli Kobaxidze - Rusiya planlaşdırılan seçkilərə mahiyyətcə nəsə təsir göstərə bilməyəcək, Rusiyanın Gürcüstanda heç bir təsiri yoxdur
İrakli Kobaxidze - Rusiya planlaşdırılan seçkilərə mahiyyətcə nəsə təsir göstərə bilməyəcək, Rusiyanın Gürcüstanda heç bir təsiri yoxdur

 
Deyə bilərəm ki, Rusiyanın Gürcüstanda heç bir təsiri yoxdur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Euronews”a verdiyi müsahibədə deyib.

“Euronews” baş nazirin müsahibəsindən çıxarış dərc edib, onun tam versiyası cümə günü tele-efirdə yayımlanacaq.

Hökumət başçısının qeyd etdiyi kimi, ölkədə elə bir siyasi partiya yoxdur ki, onun vasitəsilə təsir edə bilsin.

“Ölkədə elə bir siyasi partiya yoxdur ki, onun vasitəsilə təsir edə bilsin. Media baxımdan da təsiri yoxdur. Məhz bu səbəbdən, Rusiya planlaşdırılan seçkilərə mahiyyətcə nəsə təsir göstərə bilməyəcək” – İrakli Kobaxidze bildirib.