İrakli Kobaxidze - Rusiya Gürcüstan ərazilərinin 20 faizini qanunsuz olaraq işğal edib, Rusiyanın hərəkətlərinə heç nə haqq qazandırmır
“Milli Hərəkat”ın nümayəndələri – İakobaşvili, Lomaia və digərləri separatçılarla hərbi əməliyyatlar apardıqlarından danışır və Rusiyaya təşəkkür edirdilər – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısı bildirib ki, Rusiya Gürcüstan ərazilərinin 20 faizini qanunsuz olaraq işğal edib və əlbətdə, Rusiyanın hərəkətlərinə heç nə haqq qazandırmır.
“Sabah Sxinvali və ya Suxumini istila etsək, bu bizim cinayətimiz və xəyanətimiz olacaq, çünki bu, avantüra olacaq. “Milli Hərəkat” partiyası səhərdən separatçılarla hərbi əməliyyatlar apardıqlarını və Rusiyanın özünü yaxşı apardığını bəyan edirdi. Bunu “Milli Hərəkat” partiyası bəyan edirdi və geridə qalan hər şey “Milli Hərəkat”çılıqdır. “Milli Hərəkat”ın nümayəndələri – İakobaşvili, Lomaia və digərləri separatçılarla hərbi əməliyyatlar apardıqları kimi şeylərdən danışırdılar və Rusiyaya təşəkkür edirdilər” – baş nazir bildirib.