İrakli Kobaxidze Romada Gürcüstanın Dövlət Kamera Orkestrinin konsertində iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin üzvləri ilə birlikdə Romada Santa Maria Macore Bazilikasında Vatikanın yubiley tarixi ilə əlaqədar keçirilən Gürcüstanın Dövlət Kamera Orkestrinin konsertində iştirak edib. Məlumatı Gürcüstanın Baş nazirinin administrasiyasının mətbuat xidməti yayır.
Onların məlumatında, gürcü nəğmələri, xalq mahnıları və gürcü bəstəkarlarının xor əsərləri, ümumi Gürcüstanın Katolikos-patriarxı II İlianın əsərlərinin ifa edildiyi deyilir. Patriarxın “Ave Maria”sını orkestrlə birlikdə İano Alibeqaşvili ifa edib. Konsertdə həmçinin bəstəkar Zviad Bolkvadze və müğənnilər qrupunun rəhbəri Qiorqi Donadze iştirak edirdilər.
Tədbir Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi və Vatikandakı Gürcüstan səfirliyi ilə əməkdaşlıqla keçirilib.
Vatikanın yubiley tarixi Romada 25 ildə bir dəfə, 1300-cü ildən etibarən qeyd olunur.