İrakli Kobaxidze Roma Papasının dünyasını dəyişməsi ilə əlaqədar hüznünü bildirir
İrakli Kobaxidze Roma Papasının dünyasını dəyişməsi ilə əlaqədar hüznünü bildirir

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Roma Papasının dünyasını dəyişməsi ilə əlaqədar hüznünü bildirir.

Hökumət başçısı X sosial şəbəkəsində gürcü xalqı adından bütün dünya katolik icmasına başsağlığı verir.

“Papa Fransiskin dünyasını dəyişməsi ilə əlaqədar dərin hüznümü bildirirəm. Onun sülh, mərhəmət və birlik irsi davam edəcək. Gürcü xalqı adından bütün dünya katolik icmasına səmimi qəlbdən başsağlığı verirəm” – İrakli Kobaxidze qeyd edir.

Roma Papası Fransisk 88 yaşında dünyasını dəyişib.