İrakli Kobaxidze Roma Papası XIV Leo ilə görüşüb
İrakli Kobaxidze Roma Papası XIV Leo ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Roma Papası XIV Leo ilə görüşüb.

Gürcüstan hökumətinin məlumatına əsasən, baş nazir Gürcüstan hökuməti və gürcü xalqı adından Papa XIV Leonu Romanın Katolik Kilsəsinin rəhbəri seçilməsi münasibətilə bir daha təbrik edib və onun baş nazir vəzifəsində Vatikana ilk səfərinin Gürcüstanla Müqəddəs Taxt-Tac arasında mövcud münasibətlərin daha da güclənməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.

“Roma Papası ilə çox maraqlı söhbətimiz oldu. Vatikanın, Roma Papasının dəstəyi bizim üçün çox vacibdir. Bu dəstək müstəqilliyin bərpası günündən bəri çox vacib olub və bunun üçün Roma Papasına təşəkkür etdim. Vatikan tərəfindən suverenliyimizə və ərazi bütövlüyümüzə dəstək xüsusilə vacibdir, bunu da vurğuladıq. Həmçinin ölkəmizdəki cari hadisələr, ölkəmizin və müasir dünyanın üzləşdiyi çağırışlar, o cümlədən xristian dəyərləri uğrunda mübarizə haqda söhbətimiz oldu. Məsələ xristian, ənənəvi dəyərlər olanda ölkəmizin bu baxımdan keçirdiyi mübarizə haqda da Roma Papası ilə çox maraqlı söhbətimiz oldu” – İrakli Kobaxidze bildirib.

Hökumət başçısı Roma Papası XIV Leonu Gürcüstana dəvət edib.