İrakli Kobaxidze rəsmi səfərlə İtaliyaya yola düşdü
İrakli Kobaxidze rəsmi səfərlə İtaliyaya yola düşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə İtaliyaya yola düşüb.

Səfər çərçivəsində hökumət başçısı Milan şəhərində Gürcüstanın Baş Konsulluğunun rəsmi açılış mərasimində iştirak edəcək.

Baş nazir, həmçinin, Milan şəhərində Gürcüstanın Baş Konsulluğunun açılışı və Gürcüstanın Müstəqillik Gününün qeyd olunması münasibətilə keçiriləcək rəsmi qəbulda da iştirak edəcək.

İrakli Kobaxidze Milana nümayəndə heyəti ilə birlikdə səfər edib. Heyətə birinci vitse-premyer, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, vitse-premyer, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri Maka Boçoroşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildirlər.

Məlumatı Gürcüstan Hökumət Administrasiyasının Mətbuat Xidməti yayıb.