İrakli Kobaxidze - regionumuzda sülhün bərqərar olması bizim üçün prinsipial əhəmiyyət kəsb edir, Ukraynaya ərazi bütövlüyü, müstəqillik, suverenlik arzulayıram
İrakli Kobaxidze - regionumuzda sülhün bərqərar olması bizim üçün prinsipial əhəmiyyət kəsb edir, Ukraynaya ərazi bütövlüyü, müstəqillik, suverenlik arzulayıram

Regionumuzda sülhün bərqərar olması bizim üçün prinsipial əhəmiyyət kəsb edir, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı Ukraynaya ərazi bütövlüyü, müstəqillik və suverenlik arzulayıb.

“Biz hadisələrin inkişafını izləyirik. Bölgəmizdə sülhün bərqərar olması bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Ukraynaya gəlincə, mən ərazi bütövlüyü, müstəqillik, suverenlik arzulayıram”, – deyə baş nazir bildirib.