İrakli Kobaxidze - Regionda, Ukraynada sülhün nəhayət bərqərar olacağına ümid edirik, bu isə Avropa qitəsində iqtisadi inkişaf prosesinin davam etməsi üçün həyati əhəmiyyət daşıyır
İrakli Kobaxidze - Regionda, Ukraynada sülhün nəhayət bərqərar olacağına ümid edirik, bu isə Avropa qitəsində iqtisadi inkişaf prosesinin davam etməsi üçün həyati əhəmiyyət daşıyır

 

İllər ərzində dediyimizi ABŞ-nin rəsmi administrasiyası, prezident Trampın administrasiyası təkrarlayır. Müvafiq olaraq, hələ 2022-ci ildən iddia etdiyimiz şey təsdiqlənir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Romada gürcü jurnalistlərə deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, əslində ikili standartlar göz qabağındadır.

“Sanksiyalar tətbiq etmədiyimizə görə bizə irad tuturdular, Rusiya ilə olduqca məhdud çərçivədə ticarət əlaqələrimizin olmasına görə bizə irad tuturdular, bu fonda məsələn, bu istiqamətdə ən aqressiv olan Baltikyanı ölkələr Rusiya Federasiyasına 4 dəfə çox şərab satırlar, bu, Latviya və Litvaya aiddir. Tətbiq edilən ikili standartlar belədir, həmçinin başqa istiqamətlərdə bu ölkələrin Rusiya ilə Gürcüstandan daha aktiv ticarəti var. Müvafiq olaraq, onların iddiaları əsassız idi. Ümumiyyətlə, bu proseslərin inkişafına gəlincə, görək, hadisələri gözləyək. Regionumuzda, Ukraynada sülhün nəhayət bərqərar olacağına ümid edirik, bu isə Avropa qitəsində iqtisadi inkişaf prosesinin davam etməsi üçün həyati əhəmiyyət daşıyır” – İrakli Kobaxidze bildirib.