İrakli Kobaxidze - Regionda sülh və sabitliyi dəstəkləməyə hazır olduğumuzu vurğulamaq istərdik, bu baxımdan Gürcüstan səylərini əsirgəməyəcək
İrakli Kobaxidze - Regionda sülh və sabitliyi dəstəkləməyə hazır olduğumuzu vurğulamaq istərdik, bu baxımdan Gürcüstan səylərini əsirgəməyəcək

 

Regionda sülh və sabitliyi dəstəkləməyə hazır olduğumuzu vurğulamaq istərdik, bu baxımdan Gürcüstan səylərini əsirgəməyəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə keçirilən brifinqdə bildirib.

Kobaxidze Gürcüstan və Ermənistan arasında əməkdaşlığın və dostluğun dərinləşməsinə verdiyi şəxsi töhfəyə görə Nikol Paşinyana təşəkkür edib.

“Regionda əməkdaşlığın inkişafı baxımından çox müsbət dinamikanın olmasına şadıq. Ermənistan və Azərbaycan arasında tarixi sülh razılaşmasının imzalanmasına şadıq və bu gün hökumətlərarası komissiyada bunu vurğuladıq. Bu müsbət tendensiyalar biz, hamımızın birlikdə regionumuzun sabitliyinin təmin olunmasına qayğı göstərmək, regionumuzda sülhü təmin etmək üçün çox yaxşı əsas yaradır. Bu kontekstdə regionda sülh və sabitliyi dəstəkləməyə hazır olduğumuzu bir daha vurğulamaq istərdik. Bu baxımdan Gürcüstan səylərini əsirgəməyəcək. Ölkələrimiz arasında görkəmli tərəfdaşlığı bir daha vurğulamaq istərdim. Bu tərəfdaşlıq, dostluq, əməkdaşlıq həqiqətən nümunəvidir və bu əməkdaşlığı, dostluğu daha da dərinləşdirmək üçün əlimizdən gələnin maksimumunu etmək ölkələrimiz, xalqlarımız qarşısında bizim məsuliyyətimizdir. Sonda, ölkələrimiz arasında əməkdaşlığın və dostluğun dərinləşməsinə verdiyi görkəmli şəxsi töhfəyə görə baş nazir Nikol Paşinyana təşəkkür etmək istərdim” – baş nazir qeyd edib.