İrakli Kobaxidze - Radikalların siyasətdən kənarlaşdırılması bəyan edilmiş hədəfimizdir, seçkilərdən sonra Konstitusiya Məhkəməsində iddia qaldıracağıq, çünki onlar mahiyyət etibarilə qeyri-konstitusionaldırlar
Radikalların siyasətdən kənarlaşdırılması bəyan edilmiş hədəfimizdir, seçkilərdən sonra hüquqi proses başlayacaq, Konstitusiya Məhkəməsində müvafiq iddia qaldıracağıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
O bildirib ki, qeyd olunmuş siyasi qüvvələr mahiyyət etibarilə qeyri-konstitusionaldırlar.
“Çıxışımda birləşmədən, cəmiyyətin bütövləşməsindən danışırdım,
radikalların siyasətdən kənarlaşdırılmasına gəlincə, bu, bizim bəyan edilmiş hədəfimizdir. Seçkilərdən sonra hüquqi proses başlayacaq, Konstitusiya Məhkəməsində müvafiq iddia qaldıracağıq, bu da düşünürük ki, müvafiq siyasi partiyaların qeyri-konstitusional elan edilməsi ilə başa çatmalıdır. Biz görürük ki, bunlar mahiyyət etibarilə qeyri-konstitusional olan siyasi qüvvələrdir. Müvafiq olaraq, biz bu hüquqi prosesi başladacağıq və ümid edirik ki, Konstitusiya Məhkəməsi bizim hüquqi əsaslandırmamızı qəbul edəcək” – baş nazir bildirib.