İrakli Kobaxidze – Radikal müxalifətin toplantısı çox zəif görünür, düşünürəm ki, şən şəkildə dağılışacaqlar
İrakli Kobaxidze – Radikal müxalifətin toplantısı çox zəif görünür, düşünürəm ki, şən şəkildə dağılışacaqlar

Görürsünüz, say necədir. Radikal müxalifətin bu toplantısı çox zəif görünür, buna görə də düşünürəm ki, bu toplantı şən şəkildə dağılışacaq, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə görə, radikal müxalifətdə faciəvi vəziyyətdir.

“Bu, mənim yeganə qiymətləndirməmdir, nə edə bilərəm. Siz də kadrlara baxa bilərsiniz. Məsələn, baxın kadrlara, Azadlıq Meydanında neçə nəfər var. Çox azdır. Bütün bunlar gözlə görünür və gözlə görünür ki, çox azdır. Bu, radikal müxalifətdə, kollektiv Milli Hərəkatda olan faciəvi vəziyyətdir. Bu, sadəcə elan olunmuş adi bir partiya aksiyasıdır. Kollektiv Milli Hərəkatın malik olduğu məhdud dəstəkdən çıxış edərək, təbii ki, başqa nəticə də gözlənilmirdi,” – deyə İrakli Kobaxidze vurğulayıb.