İrakli Kobaxidze - Radikal müxalifət 20 Yanvardan qorxur, liderlərdən biri ağzından qaçırdı ki, 20-nə qədər hakimiyyət dəyişikliyini çatdırmalıdırlar, söz verirəm, tezliklə hər hansı iğtişaşlar yaratmaq cəhdinə son qoyacaqlar
Müxalifət liderlərindən biri ağzından qaçırdı ki, yanvarın 20-nə qədər çatdırmalıdırlar, söhbət hakimiyyət dəyişikliyindən gedir. 20 Yanvar bu insanları çox qorxudur, lakin mən onlara söz vermək istərdim ki, onlar ölkəmizdə hər hansı iğtişaşlar yaratmaq cəhdinə çox tezliklə, yanvarın 20-nə kimi son qoyacaqlar – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazir bütün radikal müxalifətin 20 Yanvardan qorxduğunu deyib.
“Onların liderlərindən biri ağzından qaçırdı ki, yanvarın 20-nə qədər çatdırmalıdırlar, söhbət hakimiyyət dəyişikliyindən gedir. 20 Yanvar bu insanları çox qorxudur, lakin mən onlara söz vermək istərdim ki, onlar ölkəmizdə hər hansı iğtişaşlar yaratmaq cəhdinə çox tezliklə, yanvarın 20-nə kimi son qoyacaqlar. Bütün radikal müxalifət 20 Yanvardan qorxur. Əksinə, biz müsbət əhvali-ruhiyyədəyik” – baş nazir bildirib.
“Qaxaria Gürcüstan Naminə”nin sədri Qiorqi Qaxaria deyib: “Biz birinci mərhələ adlanan plana ardıcıl olaraq əməl edirik. Əgər biz bu mərhələni yeni ilə qədər, heç olmasa ABŞ-da prezidentin andiçmə mərasiminə qədər başa vurmasaq, sonra çox gec olacaq”.