İrakli Kobaxidze Quriya bölgəsində Koordinasiya Qərargahının iclasını keçirir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nazirlər Kabinetinin üzvləri ilə birlikdə Quriya bölgəsinə gedib. Gürcüstan hökumətinin başçısı hazırda Ozurqetidə Quriya bölgəsi üzrə dövlət müvəkkilinin administrasiyasında Koordinasiya Qərargahı ilə görüş keçirir.
Hökumət başçısı güclü qar yağması nəticəsində yaranmış problemlər, müxtəlif qurumların nümayəndələrinin əhaliyə yardım etmək üçün həyata keçirdiyi tədbirlər ilə tanış olur.
Əhaliyə kömək etmək üçün maksimum insan resursu, eləcə də ağır texnika səfərbər edilib. Yollar intensiv şəkildə təmizlənir. Baş nazirin əmrinə əsasən, güclü qar yağmasının səbəb olduğu problemlərin maksimal olaraq ən qısa müddətdə aradan qaldırılması üçün Müdafiə Qüvvələri prosesə qoşulub.