İrakli Kobaxidze - Qriqol Liluaşviliyə ötən altı il ərzində olduqca mühüm fəaliyyətinə görə təşəkkür etmək istəyirəm
İrakli Kobaxidze - Qriqol Liluaşviliyə ötən altı il ərzində olduqca mühüm fəaliyyətinə görə təşəkkür etmək istəyirəm

 

Ötən altı il ölkəmiz üçün xüsusi çətinliklərlə dolu idi, ölkəmizin üzləşdiyi fövqəladə çağırışlar oldu; Bu çətin çağırışlar fonunda cənab Qriqol Liluaşvili ölkəmizin təhlükəsizliyinin təmin edilməsi işinə çox böyük ləyaqətlə, peşəkarlıqla və vicdanla rəhbərlik etdi – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətində qurumun yeni rəhbəri Anri Oxanaşvilini təqdim edərkən bildirib.

Baş nazir ölkənin təhlükəsizliyinin təmin edilməsi və təhlükəsizliyin daha da möhkəmləndirilməsi üçün fəaliyyətlərinə görə Qriqol Liluaşviliyə və onun müavinlərinə təşəkkür edib.

“Ötən altı il ölkəmiz üçün xüsusi çətinliklərlə dolu idi, ölkəmizin üzləşdiyi fövqəladə çağırışlar oldu; Bu çətin çağırışlar fonunda cənab Qriqol Liluaşvili ölkəmizin təhlükəsizliyinin təmin edilməsi işinə çox böyük ləyaqətlə, peşəkarlıqla və vicdanla rəhbərlik etdi.
Bir daha zəhməti və ötən altı il ərzində olduqca mühüm fəaliyyətinə görə cənab Qriqol Liluaşviliyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də cənab Qriqolun müavinləri – cənab Aleksi Batiaşviliyə, cənab Qiqa Nikoleişviliyə, cənab Levan Axobadzeyə, cənab Şenqeli Pitsxelauriyə də təşəkkür etmək istəyirəm. Onların hər biri ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə xüsusi töhfə verib” – baş nazir bildirib.