İrakli Kobaxidze – Qrantların İdarə Edilməsi Agentliyi tənəzzül rejimindədir və ilin sonunadək bağlanacaq
Bir əsr əvvəl “QHT”lər yox idi, sonra onları uydurdular və xarici müdaxilənin əsas vasitəsi kimi istifadə etdilər, bunun Gürcüstanda bir çox nümunəsini gördük. Müvafiq olaraq, bizim “QHT”lər uydurmağımız və belə bir şeyi maliyyələşdirməyimiz yanlışdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Kobaxidze, Qrantların İdarə Edilməsi Agentliyinin tənəzzül rejimində olduğunu və ilin sonunadək bağlanacağını deyib.
“QHT” süni fenomendir, xarici siyasi müdaxilə üçün süni şəkildə uydurulub. Biz müvafiq agentliyi yaradanda bunun belə olduğu ortaya çıxdı. “QHT” özlüyündə süni fenomendir. “QHT”nin yeganə məqsədi bir dövlətin digər dövlətə müdaxiləsi ola bilər. Vaxtilə “QHT”ləri bunun üçün uydurublar. Bir əsr əvvəl “QHT”lər yox idi. Sonra uydurdular və “QHT”ləri xarici müdaxilənin əsas vasitəsi kimi istifadə etdilər, bunun Gürcüstanda bir çox nümunəsini gördük. Müvafiq olaraq, bizim “QHT”lər uydurmağımız və belə bir şeyi maliyyələşdirməyimiz yanlışdır, müvafiq olaraq buna görə belə bir qərar qəbul etdik” – İrakli Kobaxidze bildirib.