İrakli Kobaxidze - Qiymətlərin aşağı salınmasına nail olmaq üçün distribyutor və marketlər şəbəkələri ilə aktiv şəkildə işləyəcəyik, parlamentdən məsələni qiymətləndirmək üçün parlament komissiyası yaratmasını xahiş edirəm

Həmvətənlərimiz üçün qiymətlərin aşağı salınmasına nail olmaq üçün distribyutor şirkətlərinin və marketlər şəbəkələrinin nümayəndələri ilə aktiv şəkildə işləyəcəyik. Zərurət halında, bunun üçün müxtəlif ölkələrdə sınaqdan keçirilmiş antiinhisar mexanizmlərindən də istifadə edəcəyik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze istehlak qiymətləri ilə əlaqədar yayılmış videomüraciətində qeyd edir.

Hökumət başçısı hüquq-mühafizə orqanlarını məsələni dərindən öyrənməyə çağırıb.

“Hüquq-mühafizə orqanlarını məsələni dərindən öyrənməyə və konkret subyektlərin fəaliyyətində cinayət əlamətlərinin olub-olmadığını müəyyən etməyə çağırıram. Həmçinin, Gürcüstan Parlamentindən məsələni qiymətləndirmək üçün müvafiq parlament mexanizmlərindən istifadə edəcək parlament komissiyası yaratmasını xahiş etmək istərdim” – İrakli Kobaxidze qeyd edir.