İrakli Kobaxidze Qırğızıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamitkanov ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qırğızıstan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamitkanov ilə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə ölkələr arasında mövcud siyasi və iqtisadi münasibətlərə və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.
Ölkələr arasında ticarət-iqtisadi münasibətləri müzakirə ediblər. Son illərdə Gürcüstan və Qırğızıstan arasında ikitərəfli ticarətin müsbət dinamikası və bu istiqamətdə mövcud potensialdan tam istifadənin əhəmiyyəti vurğulanıb.
Həmçinin, görüşdə Qırğızıstanın regional əhəmiyyətli layihələrdə iştirakı və Gürcüstanın tranzit imkanlarına diqqət yönəldilib.