İrakli Kobaxidze - Qiorqi Baçiaşvilinin versiyası var idi ki, onun qətlə yetirilməsi planlaşdırılırdı, əgər bu yalan deyildisə, sevinməlidir ki, bu gün təhlükəsiz yerdə, cəzaçəkmə müəssisəsindədir
Qiorqi Baçiaşvili açıq-aydın Dövlət Təhlükəsizliyi Xidmətini reklam etməklə məşğuldur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə gürcü jurnalistlərə deyib.
Hökumət başçısı bildirib ki, bundan əvvəl Baçiaşvilinin versiyası var idi ki, onun qətlə yetirilməsi və sonra Gürcüstan hakimiyyətinin günahlandırılması planlaşdırılırdı.
“Yadınızdadır, bundan əvvəl Baçiaşvilinin belə bir versiyası var idi ki, onun qətlə yetirilməsi və sonra buna görə Gürcüstan hakimiyyətinin günahlandırılması planlaşdırılırdı. Əgər bu, doğru idisə və əgər bu yalan deyildisə, o zaman sevinməlidir ki, bu gün Gürcüstanda, təhlükəsiz yerdə, müvafiq şəraitdə, cəzaçəkmə müəssisəsindədir. Bundan başqa, eşitdiyimiz ittihamlara gəlincə, o, açıq-aydın Dövlət Təhlükəsizliyi Xidmətini reklam etməklə məşğuldur. Bunu niyə edir, bilmirəm. Bu onun işidir” – baş nazir bildirib.