İrakli Kobaxidze - Qərar qəbul etdik, özəl subyektlər tərəfindən əvəzləyici terapiya proqramlarının həyata keçirilməsini tamamilə qadağan edək və tam məsuliyyəti dövlət öz üzərinə götürsün
Qərar qəbul etdik, özəl subyektlər tərəfindən əvəzləyici terapiya proqramlarının həyata keçirilməsini tamamilə qadağan edək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, cəmiyyətdə əsaslı fərziyyə var ki, özəl şirkətlər tərəfindən göstərilən xidmət bir çox hallarda pasiyenti sağaltmağa deyil, ona narkotik vasitəni qanuni şəkildə təqdim etməyə xidmət edir.
“Məlum olduğu kimi, əvəzləyici terapiya üçün “metadon” və “buprenorfin” kimi preparatlardan istifadə olunur. Cəmiyyətdə əsaslı fərziyyə var ki, özəl şirkətlər tərəfindən göstərilən xidmət bir çox hallarda pasiyenti sağaltmağa deyil, ona narkotik vasitəni qanuni şəkildə təqdim etməyə xidmət edir. Özəl şirkətin preparatın satışının maksimal şəkildə genişləndirilməsində birbaşa kommersiya marağının olduğu şəraitdə, təbii ki, onun pasiyentin sağalmasına deyil, dərman satışına fokuslanmaq kimi güclü istəyi var. Bu cür praktikanın tamamilə qarşısı alınmalıdır. Bundan irəli gələrək, qərar qəbul etdik, özəl subyektlər tərəfindən əvəzləyici terapiya proqramlarının həyata keçirilməsini tamamilə qadağan edək” – baş nazir deyib.
O bildirib ki, yüksək riskli tibbi fəaliyyət kateqoriyasına aid olan əvəzləyici müalicənin həyata keçirilməsində öz müəssisələri vasitəsilə müalicə prosesində vahid standartın tətbiqini təmin edən dövlətin tam məsuliyyəti öz üzərinə götürməsi son dərəcə vacibdir.
“Əvəzləyici terapiya üzrə dövlət proqramlarının həyata keçirilməsinə nəzarət sərtləşdiriləcək. Hər bir xidmətin pasiyentin maksimal şəkildə sürətlə sağalmasına xidmət etməsi və dırnaqarası qanuni narkomaniyanı təşviq etmək məqsədi ilə onun sui-istifadə edilməməsi ciddi şəkildə təmin ediləcək. Həmçinin, bu gün Gürcüstanın səhiyyə nazirindən xahiş etdim ki, əvəzləyici terapiya üçün nəzərdə tutulmuş infrastrukturun sıx məskunlaşılmış məkanlardan maksimal şəkildə qısa müddətdə çıxarılmasını təmin etsin. Bu gün bu infrastrukturun əhəmiyyətli hissəsi məhz sıx məskunlaşılmış məkanlarda yerləşir, bu isə yerli əhalinin əsaslı narazılığına səbəb olur” – İrakli Kobaxidze bildirib.