İrakli Kobaxidze - Qelatidə görülən işlər kompleksin tam bərpası adlanan nəticəyə hesablanıb, ən dəyərli mirası qorumağımız və nəsillərə saxlamağımız ən böyük məsuliyyətdir
İrakli Kobaxidze - Qelatidə görülən işlər kompleksin tam bərpası adlanan nəticəyə hesablanıb, ən dəyərli mirası qorumağımız və nəsillərə saxlamağımız ən böyük məsuliyyətdir

 

Qelatinin zəngin tarixi və bəşəri əhəmiyyəti bu ən dəyərli mirası qorumağımız və gələcək nəsillərə saxlamağımız üçün hər birimizin üzərinə çox böyük məsuliyyət qoyur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qelati monastırının divar rəsmləri və mozaikalarının konservasiya proqramlarının həyata keçirilməsi ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.

İrakli Kobaxidze bildirib ki, Qelati əsrlər boyunca Gürcüstanın mənəviyyatının və mədəniyyətinin ən mühüm mərkəzi olub və qalmaqdadır.

“Qelatinin bənzərsiz memarlıq ansamblının ümumbəşəri dəyəri UNESCO tərəfindən tanınıb. Qelatinin zəngin tarixi və bəşəri əhəmiyyəti bu ən dəyərli mirası qorumağımız və gələcək nəsillərə saxlamağımız üçün hər birimizin üzərinə çox böyük məsuliyyət qoyur. Biz hamımız Qelatinin yaxın keçmişdə üzləşdiyi çağırışları çox yaxşı xatırlayırıq; O cümlədən, Qelati monastır kompleksinin hətta Ümumdünya İrs Siyahısından çıxarıla biləcəyi ilə bağlı ciddi risk var idi. Lakin, birgə səylərlə statusu qoruyub saxlaya bildik” – baş nazir deyib və bu mühüm işdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

İrakli Kobaxidze monastır kompleksində vəziyyətin kifayət qədər mürəkkəb olduğu və işlərin görülməsi üçün nəzərdə tutulan müvəqqəti konstruksiyanın tikintisinin yeni başlandığı vaxt baş nazir kimi təsdiq edildikdən qısa müddət sonra Qelatiyə səfərini yada salıb. Hökumət başçısı bir ay əvvəl də Qelati məbədində olduğunu və artıq mühüm işlərin görüldüyünü qeyd edib.

“Bu işlər düzgün planlaşdırılıb və monastır kompleksinin tam bərpası adlanan nəticəyə hesablanıb” – baş nazir bildirib.

Həmçinin, İrakli Kobaxidze Qelatinin bərpasında əcnəbi mütəxəssislərin töhfəsini vurğulayıb və onlara fəaliyyətlərinə görə təşəkkür edib.