İrakli Kobaxidze - Qeka Qeladzenin Çinə səfəri rəsmidir, bizim üçün Çinlə siyasi, eləcə də iqtisadi baxımdan əməkdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir
Qeka Qeladzenin Çinə səfəri rəsmidir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısı səfərin əhəmiyyətini vurğulayıb.
“Burada gizlədiləcək heç nə yoxdur, əksinə, tamamilə açıq elan edilmiş səfərdir, o, Çindədir. Bizim üçün Çinlə siyasi, eləcə də iqtisadi baxımdan əməkdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Bu baxımdan, daxili işlər nazirinin Çində olması çox vacibdir. Mühüm səfərdir və bu səfərin nəticələrini böyük maraqla gözləyirik” – baş nazir bildirib.