İrakli Kobaxidze - Qeka Qeladzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tutması münasibətilə təbrik edirəm, nazir olduğu müddətdə Daxili İşlər Nazirliyində bir çox dəyişikliklər edilib, yanaşmalar və siyasət kökündən dəyişib
İrakli Kobaxidze - Qeka Qeladzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tutması münasibətilə təbrik edirəm, nazir olduğu müddətdə Daxili İşlər Nazirliyində bir çox dəyişikliklər edilib, yanaşmalar və siyasət kökündən dəyişib

 

Qeka Qeladzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tutması münasibətilə təbrik etmək istəyirəm – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Qeka Qeladzeni təqdim edərkən deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, Qeka Qeladze çox uğurlu daxili işlər naziri olub və nazir olduğu müddətdə bir çox dəyişikliklər edilib, yanaşmalar və siyasət kökündən dəyişib.

“Xidmətin yeni rəhbəri Qeka Qeladzeni rəsmi olaraq sizlərə təqdim etmək istəyirəm. Daxili İşlər Nazirliyində həyata keçirilən çoxsaylı dəyişiklikləri vurğulamaq istərdim. İllər ərzində bir çox problemlər toplanıb. Cənab Qekanın müxtəlif prinsipial sahələrdə uğurlarının nə qədər böyük olduğunu bilirsiniz. Biz tez-tez mütəşəkkil cinayətkarlıq, narkotik cinayəti kimi çətin sahələrdən danışırıq, həmçinin miqrasiya baxımından çox sayda dəyişikliklər edilib. Yanaşmalar və siyasət kökündən dəyişib və cəmiyyət bunun nəticələrini görür. Onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tutması münasibətilə təbrik etmək istəyirəm. O, bu xidmətdə yeni deyil, müvafiq olaraq bu sistemin necə işlədiyini çox yaxşı bilir” – baş nazir qeyd edib.