İrakli Kobaxidze - Qazaxıstanla tərəfdaşlığın möhkəmləndirilməsi Gürcüstanın xarici siyasətinin prioritetlərindən biridir
İrakli Kobaxidze - Qazaxıstanla tərəfdaşlığın möhkəmləndirilməsi Gürcüstanın xarici siyasətinin prioritetlərindən biridir

 
Gürcüstan və Qazaxıstan arasında siyasi əməkdaşlıq olduqca mühümdür – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə bildirib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Qazaxıstanla tərəfdaşlığın möhkəmləndirilməsi Gürcüstanın xarici siyasətinin prioritetlərindən biridir.

“Cənab prezident, Qazaxıstanda qonaq olmaq mənim üçün böyük şərəfdir. Bizi ölkənizdə qəbul etdiyiniz üçün çox sağ olun. Bu, parlament seçkilərindən sonra mənim ilk səfərlərimdən biridir, bu da ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın, tərəfdaşlığın, dostluğun möhkəmlənməsinə xüsusi marağımızı nümayiş etdirir. Bu dostluq çox möhkəm tarixi, ənənəvi köklərə əsaslanır. Beləliklə, bu tərəfdaşlığın möhkəmləndirilməsi Gürcüstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkələrimiz arasında siyasi əməkdaşlıq bizim üçün çox vacibdir. Suverenliyimizə və ərazi bütövlüyümüzə göstərdiyiniz dəstəyə görə şəxsən Sizə və Qazaxıstana təşəkkür edirəm. Müxtəlif formatlardan istifadə etməklə siyasi əməkdaşlığımızın daha da dərinləşdirilməsi çox vacibdir. Ölkəmizə səfər etsəniz, çox şad olardıq” – İrakli Kobaxidze bildirib.